2008-ci ildə «Digital Media» MMC tərəfindən təsis edilən və 2009-cu ilin fevralından efirə çıxan Media FM bu onlayn kanalda klassik musiqiyə yer ayırır. Burada dünya bəstəkarlarının simfonik və kamera əsərləri, opera parçaları və tanınmış ifaçıların yazıları dinləyicilərə təqdim olunur. Kanal əsas stansiyanın 105,5 FM efirini tamamlayan tematik veb yayımlardandır.