İctimai Radio 10 yanvar 2006-cı ildən fasiləsiz yayımdadır və İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur. Ölkənin yeganə ictimai yayımçısının radiosu bütün Azərbaycan üzrə eşidilir, Abşeron yarımadasında isə 90 FM tezliyində yayımlanır. Sutkalıq efirdə xəbərlər, ictimai-siyasi və mədəni proqramlarla yanaşı Azərbaycan musiqisinə də geniş yer ayrılır.