Yurd FM Bakıda 90,7 MHz tezliyində yayımlanan və Azərbaycan milli musiqisinə həsr olunmuş radiostansiyadır. Efir formatını xalq musiqisi, muğam, təsnif, aşıq yaradıcılığı və milli rəqs musiqisi təşkil edir. Verilişləri arasında tanınmış ifaçıların canlı çıxışlarının səsləndiyi «Qonaq gəl bizə» proqramı xüsusi yer tutur.