Naxçıvan Radiosu Azərbaycanın ən qocaman regional yayımçılarındandır — muxtar respublikada yerli radio 1930-cu ildən fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri QSC-nin tərkibində işləyən stansiya gün ərzində 16 saat efirdə olur. Proqramları bölgənin xəbərlərini, ictimai həyatını və mədəniyyətini əks etdirir.