Kəpəz FM mərkəzi Gəncədə yerləşən regional radiostansiyadır və 5 fevral 2013-cü ildə yayıma başlayıb. Kanal Gəncə və ətraf rayonlarda 93,3 MHz, Qazax, Tovuz və Ağstafa rayonlarında isə 102,7 MHz tezliyində eşidilir. Kəpəz TV-nin qardaş layihəsi olan radio Azərbaycanın ilk regional özəl radiolarından sayılır.