107,7 MHz tezliyində yayımlanan Avto Radio 3 oktyabr 2013-cü ildə Avto FM adı ilə fəaliyyətə başlayıb, 2016-cı ilin sentyabrından indiki adını daşıyır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus kanalın əsas auditoriyası sürücülərdir. Efirin özəyini Bakı və ətraf ərazilərdə yol hərəkətinin vəziyyəti barədə operativ məlumatlar və musiqi təşkil edir.