ASAN Radio 24 dekabr 2015-ci ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində sınaq yayımına başlayıb. Bakı və Abşeronda 100,0 MHz tezliyində eşidilən kanal dövlət xidmətləri sahəsində ixtisaslaşmış ilk və yeganə radiodur. Efirində vətəndaşları maarifləndirən proqramlar, xidmətlərlə bağlı izahlar və operativ məlumatlar üstünlük təşkil edir.