Dövlət xidmətlərinə həsr olunmuş ASAN Radio 2015-ci ilin dekabrından efirdədir. ASAN xidmət sisteminin media platforması olan stansiya paytaxtda 100,0 MHz-də, sonradan şəbəkəyə qoşulan bölgələrdə, o cümlədən Şuşada isə digər tezliklərdə yayımlanır. Yayımın əsas xəttini vətəndaşlara dövlət xidmətlərinin qaydalarını izah edən maarifləndirici verilişlər təşkil edir.